Surə 12 · Cüz 12
Yusuf · 12:42
وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُ نَاجٍ مِنْهُمَا اذْكُرْنِي عِنْدَ رَبِّكَ فَأَنْسَاهُ الشَّيْطَانُ ذِكْرَ رَبِّهِ فَلَبِثَ فِي السِّجْنِ بِضْعَ سِنِينَ
42. Yusuf onlardan edamdan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona Yusufu ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı.
Təfsir
Yusuf onlardan edamdan qurtulacağını yəqin etdiyi kimsəyə, -hökmdara şərab paylayan kimsəyə - dedi: "Mənim başıma qələn hadisəni hökmdara xəbər ver, bəlkə o, məni bu zindandan çıxartdı!" Lakin şeytan şərab paylayana Yusifin ona dediklərini hökmdara xəbər verməyi unutdurdu və bundan sonra o, zindanda bir neçə il də qalmalı oldu.