Surə 12 · Cüz 12
Yusuf · 12:4
إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَا أَبَتِ إِنِّي رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًا وَالشَّمْسَ وَالْقَمَرَ رَأَيْتُهُمْ لِي سَاجِدِينَ
4. Bir zaman Yusuf atasına demişdi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə səcdə etdiyini gördüm”.
Təfsir
Ey Peyğəmbər! Biz sənə, bir zaman Yusifin atası Yəquba: "Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların hamısının mənə səcdə etdiyini gördüm" – dediyini xəbər veririk. Bu yuxu, Yusif - aleyihssəlam - üçün yaxın zamanda ona veriləcək bir müjdə xəbəri idi.