Surə 12 · Cüz 12
Yusuf · 12:3
نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَٰذَا الْقُرْآنَ وَإِنْ كُنْتَ مِنْ قَبْلِهِ لَمِنَ الْغَافِلِينَ
3. Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin.
Təfsir
Ey Peyğəmbər! Biz bu Quranı sənə nazil etməklə, doğruluğuna, ləfzlərinin gözəl düzülüşünə və bəlağətinə görə qissələrin ən gözəlini sənə danışırıq. Halbuki, bu Quran nazil edilməzdən əvvəl sən bu qissədən xəbərsiz idin və bu haqda heç bir biliyə sahib deyildin.