Surə 12 · Cüz 13
Yusuf · 12:91
قَالُوا تَاللَّهِ لَقَدْ آثَرَكَ اللَّهُ عَلَيْنَا وَإِنْ كُنَّا لَخَاطِئِينَ
91. Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq”.
Təfsir
Qardaşları Yusifə qarşı etdikləri əməllərə görə Yusifdən üzür istəyərək ona dedilər: "Allaha and olsun ki, Allah sənə kamillik sifətlərini bəxş etməklə səni bizdən üstün etdi. Biz isə sənə qarşı etdiyimiz əməllərə görə pis və zalim kimsələrdən olduq!"