Surə 12 · Cüz 13

Yusuf · 12:90

قَالُوا أَإِنَّكَ لَأَنْتَ يُوسُفُ ۖ قَالَ أَنَا يُوسُفُ وَهَٰذَا أَخِي ۖ قَدْ مَنَّ اللَّهُ عَلَيْنَا ۖ إِنَّهُ مَنْ يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ

90. Onlar dedilər: “Yoxsa sən özün Yusufsan?” O dedi: “Mən Yu­sufam, bu da qar­da­şımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir et­sə, bilsin ki, Allah yaxşı iş gö­rənlərin mü­kafatını puç etməz”.

Təfsir

Onlar bunu eşitdikdə özlərini itirdilər və çaşqınlıq içində qalıb belə dedilər: "Sən Yusifsən?" Yusif onlara dedi: "Bəli, mən Yu­sifəm, yanımda gördüyünüz bu oğlanda mənim doğma qar­da­şımdır. Uca Allah bizə düşdüyümüz çətinlikdən qurtarmaqla və qədir-qiymətimizi ucaltmaqla mərhəmət etdi. Kim Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinməklə Ondan qorxsa və müsibətlərə səbir et­sə, bilsinki, artıq o, yaxşı iş görmüşdür. Allah yaxşı iş gö­rənlərin mü­kafatını əsla puç etməz, əksinə onlar üçün qoruyub saxlayar!"

Oxuyucuda aç - Surəni tam oxu