Surə 12 · Cüz 12
Yusuf · 12:23
وَرَاوَدَتْهُ الَّتِي هُوَ فِي بَيْتِهَا عَنْ نَفْسِهِ وَغَلَّقَتِ الْأَبْوَابَ وَقَالَتْ هَيْتَ لَكَ ۚ قَالَ مَعَاذَ اللَّهِ ۖ إِنَّهُ رَبِّي أَحْسَنَ مَثْوَايَ ۖ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
23. Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi.
Təfsir
Əzizin arvadı hiylə işlədib Yusiflə mülayim davranaraq Yusifdən onunlayaxınlıq etməsini tələb etdi. Yusiflə baş-başa qalmaq üçün otağın qapısını möhkəm bağlayıb Yusifə: "Haydı yanıma gəl!" – dedi. O isə: "Məndən istədiyin işi etməkdən Allaha sığınıram! Ağam məni öz yanında saxlayaraq mənə yaxşı baxmışdır, mən əsla ona xəyanət etmərəm. Əgər ona xəyanət etsəm, bu zaman mən zalımlardan olaram. Çünki zalımlar nicat tapmazlar!" – dedi.