Surə 12 · Cüz 12
Yusuf · 12:10
قَالَ قَائِلٌ مِنْهُمْ لَا تَقْتُلُوا يُوسُفَ وَأَلْقُوهُ فِي غَيَابَتِ الْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ السَّيَّارَةِ إِنْ كُنْتُمْ فَاعِلِينَ
10. Onlardan biri dedi: “Yusufu öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”
Təfsir
Qardaşlardan biri dedi: "Yusifi öldürməyin! Əgər ona qarşı söylədiyinizi etmək qərarına gəlmisinizsə, onda onu bir quyuynun dibinə atın ki, yol keçən karvanlardan biri onu götürsün. Bu cür etməniz, zərər baxımından öldürməkdən yüngüldür".