Surə 12 · Cüz 12
Yusuf · 12:28
فَلَمَّا رَأَىٰ قَمِيصَهُ قُدَّ مِنْ دُبُرٍ قَالَ إِنَّهُ مِنْ كَيْدِكُنَّ ۖ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ
28. Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür.
Təfsir
Əziz Yusifin - aleyhissəlam - köynəyinin arxadan cırıldığını gördükdə, Yusifin haqqlı olduğuna əmin olaraq belə dedi: "Ey Qadınlar! Şübhəsiz ki, bu iftira, sizin Yusifə yaxdığınız hiylələrinizdən biridir. Həqiqətən də, sizin hiyləniz qüvvətli bir hiylədir!".