Surə 12 · Cüz 13
Yusuf · 12:73
قَالُوا تَاللَّهِ لَقَدْ عَلِمْتُمْ مَا جِئْنَا لِنُفْسِدَ فِي الْأَرْضِ وَمَا كُنَّا سَارِقِينَ
73. Onlar dedilər: “Allaha and olsun! Siz bilirsiniz ki, biz bu yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru da deyilik”.
Təfsir
Yusifin qardaşları onlara dedilər: "Allaha and olsun! Siz halımızdan gördüyünüz kimi, bizim oğurluq etmədiyimizi və belə bir işdən günahsız və xəbərsiz olduğumuzu bilirsiniz. Biz Misir torpağına fitnə-fəsad törətmək üçün gəlməmişik və həyatımız boyunca heç oğurluq da etməmişik".