Surə 12 · Cüz 13
Yusuf · 12:61
قَالُوا سَنُرَاوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَاعِلُونَ
61. Onlar dedilər: “Ona görə atasını razı salmağa çalışarıq. Biz əlbəttə, bunu edərik”.
Təfsir
Onlar Yusifə dedilər: "Onu sənin yanına gətirməyimizi atasından xahiş edəcək və bu işdə atasını razı salmaq üçün əlimizdən gələni edəcəyik. Əlbəttə ki, bizdən tələb etdiyini əskiltmədən mütləq yerinə yetirəcəyik".