Surə 12 · Cüz 12
Yusuf · 12:26
قَالَ هِيَ رَاوَدَتْنِي عَنْ نَفْسِي ۚ وَشَهِدَ شَاهِدٌ مِنْ أَهْلِهَا إِنْ كَانَ قَمِيصُهُ قُدَّ مِنْ قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ الْكَاذِبِينَ
26. Yusuf dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır.
Təfsir
Yusuf - Aleyhissəlam - dedi: "O, məndən onunla yaxınlıq etməyi tələb etdi. Mən isə ondan belə bir şey istəmədim". Bu zaman Allah, qadının ailəsindən olan bir şahidi Yusufun haqlı olduğuna şahidlik etdirərək onu belə danışdırdı: "Əgər Yusufun köynəyi ön tərəfdən cırılmışsa, bu, qadının doğru danışdığına dəlalət edir. Çünki qadın bu anda özünü Yusufdan qorumağa çalışmışdır. Bu da, Yusufun yalançı olduğuna dəlalət edir".