Surə 12 · Cüz 12

Yusuf · 12:25

وَاسْتَبَقَا الْبَابَ وَقَدَّتْ قَمِيصَهُ مِنْ دُبُرٍ وَأَلْفَيَا سَيِّدَهَا لَدَى الْبَابِ ۚ قَالَتْ مَا جَزَاءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوءًا إِلَّا أَنْ يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ

25. Onlar bir-birini qabaqla­maq məq­sədilə qapıya tərəf yü­yür­dü­lər və qa­dın onun köy­nə­yini arxadan cırdı. İkisi də qa­pı­nın ya­nın­da qadının əri ilə rast­laşdı. Qadın dedi: “Sənin ailənə pislik et­mək istəyənin cəzası, zin­dana sa­lın­maqdan və ya ağrılı-acılı bir əza­ba dü­çar edil­mək­dən başqa nə ola bilər?!”

Təfsir

Yusif canını qadından qurtarmaq üçün, qadında onun otaqdan çıxmasına mane olmaq üçün onların hər ikisi bir-birini qabaqlayaraq qapıya tərəf qaçdılar. Qa­dın onun otaqdan çıxmasına mane olsun deyə Yusifin köynəyini arxa tərəfindən tutub cırdı. Bu zaman onlar qa­pı­nın ya­nın­da qadının əri ilə rast­laşdılar. Belə olduqda Əzizin arvadı hiyləğərliyə əl ataraq Əzizə belə dedi: "Ey Əziz! Sənin ailənə qarşı fahişə əməl etməyə cürət edən bir kimsənin cəzası ya zin­dan salınmaq, ya da ağrılı-acılı bir əza­ba düçar olmalıdır!".

Oxuyucuda aç - Surəni tam oxu