Al-Kahf

سورة الكهف

Surə 18 · Məkki · 110 ayə

الْحَمْدُ لِلَّهِ الَّذِي أَنْزَلَ عَلَىٰ عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَلْ لَهُ عِوَجًا ۜ1

1. Kitabı Öz quluna nazil edən və on­da heç bir nöqsana yol ver­məyən Allaha həmd ol­sun!
18:2Cüz 15 · s. 293

قَيِّمًا لِيُنْذِرَ بَأْسًا شَدِيدًا مِنْ لَدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا2

2. Allah, Öz tərəfindən gə­lə­cək şid­dətli bir əzabla günah­karları qor­xut­maq, yaxşı işlər görən mö­min­ləri gözəl mü­ka­fata nail ola­caq­ları ilə müjdə­ləmək üçün bu Kitabı dop­doğ­ru şəkildə nazil et­di.
18:3Cüz 15 · s. 293

مَاكِثِينَ فِيهِ أَبَدًا3

3. Möminlər orada əbədi qa­la­caq­lar.
18:4Cüz 15 · s. 293

وَيُنْذِرَ الَّذِينَ قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا4

4. Kitabı həm də: “Allah Özü­nə övlad götürmüşdür!”– de­yən­ləri qorxutmaq üçün na­zil etdi.
18:5Cüz 15 · s. 294

مَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ ۚ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ ۚ إِنْ يَقُولُونَ إِلَّا كَذِبًا5

5. Bu haqda nə onların, nə də ata­la­rının heç bir biliyi yox­dur. Ağız­larından çıxan söz necə də ağırdır. Onlar yalan­dan başqa bir şey danışmırlar.
18:6Cüz 15 · s. 294

فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَىٰ آثَارِهِمْ إِنْ لَمْ يُؤْمِنُوا بِهَٰذَا الْحَدِيثِ أَسَفًا6

6. Onlar bu Kitaba inan­mır­lar deyə, arxalarınca kədərlə­nib özü­nü həlakmı edə­cəksən?
18:7Cüz 15 · s. 294

إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا7

7. Biz yer üzündə olan bü­tün şeyləri ona bəzək et­dik ki, in­san­lar­dan hansı­nın əməlcə da­ha gözəl oldu­ğunu sınaq­dan keçirək.
18:8Cüz 15 · s. 294

وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا8

8. Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qup­qu­ru bir torpağa döndə­rə­rik.
18:9Cüz 15 · s. 294

أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا9

9. Yoxsa sən mağara və Rə­qim əhli­nin möcüzələrimiz­dən ən qə­ri­bəsi ol­du­ğunumu gü­man edirsən?

إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا10

10. Bir zaman gənclər ma­ğa­raya sığı­nıb: “Ey Rəbbimiz! Bi­zə Öz tə­rəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– de­miş­dilər.
18:11Cüz 15 · s. 294

فَضَرَبْنَا عَلَىٰ آذَانِهِمْ فِي الْكَهْفِ سِنِينَ عَدَدًا11

11. Biz mağarada onların qu­laq­la­rını illərlə qapalı saxla­dıq (on­ları yu­xu­ya verdik).
18:12Cüz 15 · s. 294

ثُمَّ بَعَثْنَاهُمْ لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوا أَمَدًا12

12. Sonra iki dəstədən han­sının on­ların mağarada qaldıq­ları müd­də­ti daha düzgün he­sabladıqlarını bilmək üçün on­ları oyat­dıq.
18:13Cüz 15 · s. 294

نَحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُمْ بِالْحَقِّ ۚ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًى13

13. Biz onların əhvalatını sə­nə olmuş bir həqiqət kimi söy­lə­yi­rik. Onlar Rəb­bi­nə iman gə­tirmiş gənc­lər idi. Biz də on­la­rın hi­da­yə­tini artırdıq.
18:14Cüz 15 · s. 294

وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَنْ نَدْعُوَ مِنْ دُونِهِ إِلَٰهًا ۖ لَقَدْ قُلْنَا إِذًا شَطَطًا14

14. Onlar kafir hökmdarın qar­şısında durub: “Rəbbimiz göy­lə­rin və ye­rin Rəb­bidir. Biz heç vaxt Ondan başqa mə­buda iba­dət et­mə­yə­cə­yik. Əks halda ol­duqca böyük bir küfr danış­mış ola­rıq!”– de­yər­kən onla­rın qəl­binə qüvvət verdik.
18:15Cüz 15 · s. 294

هَٰؤُلَاءِ قَوْمُنَا اتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً ۖ لَوْلَا يَأْتُونَ عَلَيْهِمْ بِسُلْطَانٍ بَيِّنٍ ۖ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا15

15. Cavanlardan biri o biri­lə­rinə dedi: “Bi­zim bu xalqı­mız Allah­dan başqa mə­budlar qə­bul etdi. Bəs nə üçün onlar bu büt­lərə dair bir dəlil gə­tir­mə­di­lər? Allaha qar­şı ya­lan uydu­randan daha zalım kim ola bi­lər?!
18:16Cüz 15 · s. 295

وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنْشُرْ لَكُمْ رَبُّكُمْ مِنْ رَحْمَتِهِ وَيُهَيِّئْ لَكُمْ مِنْ أَمْرِكُمْ مِرْفَقًا16

16. Madam ki, siz onları və Allah­dan savayı ibadət etdik­lə­rini tərk etdi­niz, onda mağa­raya sığı­nın ki, Rəbbiniz sizə Öz mərhə­mə­tini geniş etsin və işi­nizdə sizin üçün fayda ha­zır­lasın.
18:17Cüz 15 · s. 295

۞ وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَتْ تَزَاوَرُ عَنْ كَهْفِهِمْ ذَاتَ الْيَمِينِ وَإِذَا غَرَبَتْ تَقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِي فَجْوَةٍ مِنْهُ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ ۗ مَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَنْ يُضْلِلْ فَلَنْ تَجِدَ لَهُ وَلِيًّا مُرْشِدًا17

17. Orada olsaydın günəşin doğ­duğu zaman onların ma­ğa­­ra­sı­nın sağ tərəfinə yönəl­diyi­ni, bat­dığı zaman isə onlardan uzaqlaşıb sol tərə­fə adladı­ğı­nı, onların da mağaranın içində geniş bir yerdə yer­ləşdiklərini görərdin. Bu, Alla­hın də­lillə­rindəndir. Allah kimi doğ­ru yola yönəl­dərsə, o, doğru yol­dadır. Kimi də azdı­rarsa, ona doğ­ru yolu göstərən bir yaxın adam tapa bilməzsən.
18:18Cüz 15 · s. 295

وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ ۚ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ ۖ وَكَلْبُهُمْ بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ ۚ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا18

18. Onlar yatmış ikən sən on­ları oyaq hesab edərdin. Biz on­ları sağa-sola çe­virirdik. On­ların iti isə girəcəkdə qabaq pən­cələrini uza­dıb yatmışdı. Əgər sən onları görsəydin, dö­nüb onlardan qa­çar­­­dın və dəh­şət səni bürüyərdi.
18:19Cüz 15 · s. 295

وَكَذَٰلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءَلُوا بَيْنَهُمْ ۚ قَالَ قَائِلٌ مِنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۚ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُمْ بِوَرِقِكُمْ هَٰذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنْظُرْ أَيُّهَا أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُمْ بِرِزْقٍ مِنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا19

19. Beləcə onları oyatdıq ki, nə baş ver­diyini bir-birindən so­ru­şub öyrənsin­lər. Onlardan biri: “Burada nə qədər qal­dı­nız?”– dedi. Bə­­zi­ləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq”– dedi­lər. Di­gərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bi­lir. Bi­ri­nizi bu gümüş pulunuzla şə­hə­rə gön­dərin. Qoy baxsın ən tə­­miz yemək han­sıdırsa, ondan sizə azuqə gə­tirsin. Am­ma eh­ti­yat­lı ol­sun və sizin barənizdə heç kəsi duyuq salmasın!
18:20Cüz 15 · s. 295

إِنَّهُمْ إِنْ يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَنْ تُفْلِحُوا إِذًا أَبَدًا20

20. Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz din­lərinə dön­dərərlər. Onda siz heç vaxt nicat tapa bilməz­si­niz!”
18:21Cüz 15 · s. 296

وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ ۖ فَقَالُوا ابْنُوا عَلَيْهِمْ بُنْيَانًا ۖ رَبُّهُمْ أَعْلَمُ بِهِمْ ۚ قَالَ الَّذِينَ غَلَبُوا عَلَىٰ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِمْ مَسْجِدًا21

21. Beləcə, insanları onla­rın halından xəbərdar etdik ki, Alla­hın və­dinin həqi­qət oldu­ğunu və o Saatın (Qiyamət gününün) gə­lə­cə­yi­nə şübhə olma­dı­ğı­nı bil­sinlər. O zaman mömin­lər və kafirlər öz ara­larında onla­rın işi ba­rə­sin­də mübahisə edir­dilər. Bə­ziləri: “On­ların üstündə bir bi­na ti­­kin. Rəbbi onların halını daha yaxşı bi­lir!”– dedilər. Mü­ba­hi­sədə üs­tün gələnlər isə: “On­la­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”– dedilər.
18:22Cüz 15 · s. 296

سَيَقُولُونَ ثَلَاثَةٌ رَابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ ۖ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ ۚ قُلْ رَبِّي أَعْلَمُ بِعِدَّتِهِمْ مَا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ ۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاءً ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِمْ مِنْهُمْ أَحَدًا22

22. Bəziləri: “Onlar üçdür, dör­dün­cü­sü köpəkləridir!”– de­yəcək­lər. Digərləri isə “On­lar beş­dir, altıncısı köpəklə­ri­dir!”– de­yəcək­lər. Bu­nunla da qeyb haq­qında təxmini fikir yürü­də­cək­lər. Bəzi­ləri də: “On­lar yed­di­dir, səkki­zincisi kö­pəklə­ri­dir!”– de­yəcək­lər. De: “On­la­­rın sa­yını Rəbbim daha yaxşı bilir. İnsan­lardan bunu bilən çox az­dır!” Mağara əhli ba­rədə açıq mü­ba­hisə et (ayələrə əsaslan) və ki­­tab əhli­nin heç bi­rindən on­lar barədə bir şey soruşma!
18:23Cüz 15 · s. 296

وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَٰلِكَ غَدًا23

23. Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə!
18:24Cüz 15 · s. 296

إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ وَاذْكُرْ رَبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰ أَنْ يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَٰذَا رَشَدًا24

24. Ancaq: “Əgər Allah is­tə­sə!” (“in­şallah”- de!) Unut­du­ğun za­man Rəbbi­ni yada salıb: “Ola bilsin ki, Rəb­bim məni haq­qa bun­dan daha yaxın olan bir yola yönəltsin”– de.
18:25Cüz 15 · s. 296

وَلَبِثُوا فِي كَهْفِهِمْ ثَلَاثَ مِائَةٍ سِنِينَ وَازْدَادُوا تِسْعًا25

25. Onlar mağarada üç yüz il, üstə­lik doqquz il də qaldı­lar.
18:26Cüz 15 · s. 296

قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا ۖ لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَبْصِرْ بِهِ وَأَسْمِعْ ۚ مَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا26

26. De: “Onların nə qədər qal­dıqla­rı­nı Allah daha yaxşı bilir. Göy­lə­rin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl gö­rür, necə də yaxşı eşi­dir! On­la­rın Ondan başqa heç bir hima­yə­darı yox­dur. Allah Öz hökmünə heç kəsi şərik et­məz!”
18:27Cüz 15 · s. 296

وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنْ كِتَابِ رَبِّكَ ۖ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَلَنْ تَجِدَ مِنْ دُونِهِ مُلْتَحَدًا27

27. Rəbbinin Kitabından sə­nə vəhy olunanları oxu. Onun kəl­mə­lərini heç kəs dəyişdirə bil­məz. Ondan başqa heç bir sı­ğına­caq ta­pa bilməz­sən.
18:28Cüz 15 · s. 297

وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا28

28. Səhər və axşam çağı Rəb­binin Üzünü diləyərək Ona dua edən­lər­lə bir­likdə özünü sə­bir­li apar. Dünyanın bər­bə­zəyini istə­yə­rək nəzərlərini yoxsul­lar­dan çevirmə. Qəlbini Bizi an­maq­dan xə­bərsiz etdiyi­miz, nəf­sinin istək­lərinə uyan və işləri səmərəsiz olan bir kim­sə­yə ita­ət etmə!
18:29Cüz 15 · s. 297

وَقُلِ الْحَقُّ مِنْ رَبِّكُمْ ۖ فَمَنْ شَاءَ فَلْيُؤْمِنْ وَمَنْ شَاءَ فَلْيَكْفُرْ ۚ إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا ۚ وَإِنْ يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاءٍ كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ ۚ بِئْسَ الشَّرَابُ وَسَاءَتْ مُرْتَفَقًا29

29. De: “Haqq Rəbbiniz tə­rə­fin­dəndir. Kim istəyir inan­sın, kim də istəyir inan­masın”. Biz zalım­lar üçün elə bir Od ha­zırlamışıq ki, onun divar­ları onları əhatə edəcəkdir. Onlar kömək dilə­dik­də əridilmiş me­tal kimi üzlərini qovuran bir su ilə kömək ediləcək­dir. Nə pis içki, necə də pis məs­kəndir!
18:30Cüz 15 · s. 297

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا30

30. İman gətirib yaxşı əməl­lər edən­lərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.
18:31Cüz 15 · s. 297

أُولَٰئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِنْ سُنْدُسٍ وَإِسْتَبْرَقٍ مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۚ نِعْمَ الثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا31

31. Məhz onlar üçün ağac­la­rı altın­dan çaylar axan Ədn cən­nətləri hazırlan­mışdır. Onlar ora­da qızıl bilərziklərlə bəzə­di­lə­cək, taf­ta­dan və atlazdan yaşıl paltarlar geyə­cək və orada taxt­la­rın üs­tündə dir­səklənə­cək­lər. Nə gözəl mü­ka­fat, necə də gözəl məskəndir!
18:32Cüz 15 · s. 297

۞ وَاضْرِبْ لَهُمْ مَثَلًا رَجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا32

32. Onlara iki kişinin əhva­la­tını mə­səl çək. Bunların bi­rinə iki üzüm bağı ve­rib onları xur­ma­lıqlarla əhatə etdik və ara­larında əkin saldıq.
18:33Cüz 15 · s. 297

كِلْتَا الْجَنَّتَيْنِ آتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِمْ مِنْهُ شَيْئًا ۚ وَفَجَّرْنَا خِلَالَهُمَا نَهَرًا33

33. Hər iki bağ öz barını ver­di və bu bardan heç bir şey əs­kil­mə­di. Biz də onların ara­sın­dan bir çay axıtdıq.
18:34Cüz 15 · s. 297

وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ يُحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنْكَ مَالًا وَأَعَزُّ نَفَرًا34

34. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söh­bət edərkən ona: “Mən sər­vətcə səndən daha zən­gin və adamla­rıma gö­rə səndən daha qüvvət­liyəm!”– dedi.
18:35Cüz 15 · s. 298

وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَنْ تَبِيدَ هَٰذِهِ أَبَدًا35

35. O özünə zülm edərək ba­ğına daxil olub dedi: “Bunun nə vaxt­sa yox ola bi­ləcəyini dü­şün­mürəm.
18:36Cüz 15 · s. 298

وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُدِدْتُ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِنْهَا مُنْقَلَبًا36

36. O Saatın (Qiyamət gününün) gələcəyini də zənn etmi­rəm. Rəbbimin ya­nı­na qay­tarılmalı ol­sam, söz­süz ki, bundan daha firavan bir hə­yat qis­mə­tim olacaq!”
18:37Cüz 15 · s. 298

قَالَ لَهُ صَاحِبُهُ وَهُوَ يُحَاوِرُهُ أَكَفَرْتَ بِالَّذِي خَلَقَكَ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًا37

37. Onunla söhbət edən yol­daşı isə dedi: “Səni torpaqdan, son­ra nütfədən yaratmış, daha sonra səni kişi qiya­fə­si­nə sal­mış Rəb­bi­nə küfr­mü edirsən?
18:38Cüz 15 · s. 298

لَٰكِنَّا هُوَ اللَّهُ رَبِّي وَلَا أُشْرِكُ بِرَبِّي أَحَدًا38

38. Lakin Allah mənim Rəb­bim­dir və mən heç kəsi Rəb­bi­mə şə­rik qoşmaram!
18:39Cüz 15 · s. 298

وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ ۚ إِنْ تَرَنِ أَنَا أَقَلَّ مِنْكَ مَالًا وَوَلَدًا39

39. Bağına girdiyin zaman: “Maşal­lah (Allahın istədiyi­dir)! Qüv­vət yalnız Allaha məx­sus­dur!”– deməli deyil­din­mi? Əgər var-döv­lətcə və övladca məni özün­dən kasıb sayırsansa,
18:40Cüz 15 · s. 298

فَعَسَىٰ رَبِّي أَنْ يُؤْتِيَنِ خَيْرًا مِنْ جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِنَ السَّمَاءِ فَتُصْبِحَ صَعِيدًا زَلَقًا40

40. ola bilsin ki, Rəbbim mə­nə sənin bağından daha yax­şı­sını ver­sin, sənin bağına isə göy­dən bir bəla göndərsin və o, ha­mar bir ye­rə dönsün.
18:41Cüz 15 · s. 298

أَوْ يُصْبِحَ مَاؤُهَا غَوْرًا فَلَنْ تَسْتَطِيعَ لَهُ طَلَبًا41

41. Yaxud suyu çəkilib get­sin və bir də onu axtarıb tapa bilmə­yə­sən!”
18:42Cüz 15 · s. 298

وَأُحِيطَ بِثَمَرِهِ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَىٰ مَا أَنْفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُشْرِكْ بِرَبِّي أَحَدًا42

42. Beləcə, onun bağının məh­sulu bir anda məhv edildi. O, ba­ğı­nı belə görüb ora qoy­duğu xərcə görə peşmançılıq çək­məyə və əllərini bir-birinə vurmağa baş­ladı. Bağın talvar­ları uçulub dar­madağın olmuşdu. O dedi: “Kaş Rəb­bimə heç kəsi şərik qoşma­yay­dım!”
18:43Cüz 15 · s. 298

وَلَمْ تَكُنْ لَهُ فِئَةٌ يَنْصُرُونَهُ مِنْ دُونِ اللَّهِ وَمَا كَانَ مُنْتَصِرًا43

43. Allahdan başqa ona yar­dım edə biləcək dostlar yox idi və o da öz-özü­nə kömək edə bilməzdi.
18:44Cüz 15 · s. 298

هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ ۚ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا44

44. Belə hallarda kömək et­mək an­caq Haqq olan Allaha məx­sus­dur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.
18:45Cüz 15 · s. 298

وَاضْرِبْ لَهُمْ مَثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُقْتَدِرًا45

45. Onlara dünya həyatını məsəl çək. Bu dünya həyatı göy­dən gön­dərdiyimiz yağışa bən­zər. Yer­dəki bitkilər onunla qa­rışıb ye­ti­şər, sonra isə külə­yin sovu­rub apardığı quru çör-çö­pə dönər. Allah hər şeyə qadir­dir.
18:46Cüz 15 · s. 299

الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا46

46. Var-dövlət və övladlar dün­ya hə­yatının bərbəzəyidir. Əbə­di qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxı­mın­dan daha əfzəl­dir.
18:47Cüz 15 · s. 299

وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا47

47. O gün Biz dağları hərə­kətə gə­ti­rəcəyik. O vaxt yerin düm­düz olduğu­nu görəcək­sən. Biz hamını bir yerə top­laya­caq, on­lar­dan heç birini kənara bu­raxmayacağıq.
18:48Cüz 15 · s. 299

وَعُرِضُوا عَلَىٰ رَبِّكَ صَفًّا لَقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ ۚ بَلْ زَعَمْتُمْ أَلَّنْ نَجْعَلَ لَكُمْ مَوْعِدًا48

48. Onlar Rəbbinin hüzu­run­da səf-səf duracaqlar. Biz de­yə­cəyik: “Hüzuru­mu­za sizi ilk də­fə yarat­dığımız kimi gəl­diniz. Amma siz elə güman edir­di­niz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyə­cə­yik”.
18:49Cüz 15 · s. 299

وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَٰذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا ۚ وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا49

49. Hər kəsin kitabı qarşı­sına qoyu­la­caq və sən günah­kar­la­rın ora­da yazıl­mış olanlar­dan qorx­duqlarını görə­cək­sən. Onlar de­yə­cək­lər: “Vay halı­mıza! Bu ne­cə bir kitab imiş! O nə bir ki­çik, nə də bir böyük günahı bu­rax­madan hamısını sayıb yaz­mış­dır!” Onlar et­­dik­ləri əməlləri öz qarşılarında görəcəklər. Rəb­bin heç kəsə haq­sız­lıq etməz!
18:50Cüz 15 · s. 299

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ ۗ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِنْ دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ ۚ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا50

50. Bir zaman Biz mələk­lə­rə: “Adəmə səcdə edin!”– de­mişdik. İb­lisdən başqa ha­mısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əm­rinə boyun əy­mədi. Onlar sizin düşməni­niz olduğu halda, siz Mə­ni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz?! Za­lımlar üçün bu necə də yarıtmaz bir mü­badilədir!
18:51Cüz 15 · s. 299

۞ مَا أَشْهَدْتُهُمْ خَلْقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا خَلْقَ أَنْفُسِهِمْ وَمَا كُنْتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًا51

51. Mən onları nə göylərin və yerin yaradılışına, nə də öz­lə­ri­nin yara­dı­lı­şı­na şahid et­mə­dim. Mən başqalarını yol­dan çıxaranları Özümə kö­məkçi tut­mu­ram.
18:52Cüz 15 · s. 299

وَيَوْمَ يَقُولُ نَادُوا شُرَكَائِيَ الَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَجَعَلْنَا بَيْنَهُمْ مَوْبِقًا52

52. O gün Allah müşriklərə: “İddia et­diyiniz şəriklərimi ça­ğı­rın!”– deyəcək. Müşriklər on­ları çağıracaq, lakin onlar ca­vab ver­mə­yə­cək­lər. Biz müş­rik­­lərlə büt­lə­rin arasına həlakedici bir yarğan sa­la­rıq.
18:53Cüz 15 · s. 299

وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُمْ مُوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًا53

53. Günahkarlar atəşi görən kimi ora­ya düşəcəklərini yə­qin edə­cək və ora­dan qaçmağa bir yer tapa bil­məyə­cəklər.
18:54Cüz 15 · s. 300

وَلَقَدْ صَرَّفْنَا فِي هَٰذَا الْقُرْآنِ لِلنَّاسِ مِنْ كُلِّ مَثَلٍ ۚ وَكَانَ الْإِنْسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًا54

54. Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah et­dik. İnsan isə ən çox müba­hisə edəndir.
18:55Cüz 15 · s. 300

وَمَا مَنَعَ النَّاسَ أَنْ يُؤْمِنُوا إِذْ جَاءَهُمُ الْهُدَىٰ وَيَسْتَغْفِرُوا رَبَّهُمْ إِلَّا أَنْ تَأْتِيَهُمْ سُنَّةُ الْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ قُبُلًا55

55. İnsanlara doğru yol gös­təricisi gəldiyi zaman onla­rın iman gə­tirmələ­rinə və Rəbbin­dən bağışlanma di­ləmə­lərinə səbəb yalnız əv­­vəlkilərin ba­şı­na gələn­lərin onların da başına gəl­məsini, yaxud da gözləri gö­rə-görə əza­bın gə­lib onlara ye­tişməsini gözləmə­lə­ri ma­­ne ol­du.
18:56Cüz 15 · s. 300

وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنْذِرِينَ ۚ وَيُجَادِلُ الَّذِينَ كَفَرُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ ۖ وَاتَّخَذُوا آيَاتِي وَمَا أُنْذِرُوا هُزُوًا56

56. Biz elçiləri yalnız müjdə verən­lər və xəbərdarlıq edən­lər ki­mi gön­də­ririk. Kafir­lər isə ba­til dəlilləri ilə haqqı ara­dan qal­dır­maq üçün müba­hisə edir­lər. Onlar Mənim ayə­lərimə və xə­bər­dar olun­duqları şeylərə is­tehza edirlər.
18:57Cüz 15 · s. 300

وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسِيَ مَا قَدَّمَتْ يَدَاهُ ۚ إِنَّا جَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۖ وَإِنْ تَدْعُهُمْ إِلَى الْهُدَىٰ فَلَنْ يَهْتَدُوا إِذًا أَبَدًا57

57. Rəbbinin ayələri yadına salı­nar­kən onlardan üz döndə­rən, əv­vəl­cə öz əl­ləri ilə etdik­ləri gü­nahlarını unudan adam­­dan daha za­lım kim ola bilər? Qu­ranı anla­masın­lar deyə, Biz onların qəl­binə ör­tük­lər çək­dik, qulaqlarına da tı­xac vurduq. Sən onları doğru yo­la ça­ğır­san da, onlar heç vaxt doğru yola gəl­­məzlər.
18:58Cüz 15 · s. 300

وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِ ۖ لَوْ يُؤَاخِذُهُمْ بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ ۚ بَلْ لَهُمْ مَوْعِدٌ لَنْ يَجِدُوا مِنْ دُونِهِ مَوْئِلًا58

58. Rəbbin Bağışlayandır, mər­həmət sahibidir. Əgər Allah onla­rı qazan­dıqları günahlara görə cəza­landırsaydı, onların əzabını tez­ləş­dirərdi. Lakin on­­ların öz vaxtı var. Əzab gə­ləcəyi vaxt onlar heç bir sığına­caq tapa bilməyəcəklər.
18:59Cüz 15 · s. 300

وَتِلْكَ الْقُرَىٰ أَهْلَكْنَاهُمْ لَمَّا ظَلَمُوا وَجَعَلْنَا لِمَهْلِكِهِمْ مَوْعِدًا59

59. Budur haqsızlıq etdik­ləri zaman məhv etdiyimiz məm­lə­kət­lər. Biz onla­rı məhv et­mək üçün vaxt müəyyən et­miş­dik.
18:60Cüz 15 · s. 300

وَإِذْ قَالَ مُوسَىٰ لِفَتَاهُ لَا أَبْرَحُ حَتَّىٰ أَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ أَوْ أَمْضِيَ حُقُبًا60

60. Bir zaman Musa öz xid­mətçisinə belə demişdi: “Mən iki də­ni­zin qovuş­du­ğu yerə ça­­tana qədər, yaxud uzun il­lər sərf edənə qə­dər səfə­rimə da­vam edə­cə­yəm”.
18:61Cüz 15 · s. 300

فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًا61

61. Hər ikisi o dənizlərin qo­vuş­duğu yerə gəlib çatdıqda özləri ilə götürdükləri balığı unut­dular. Balıq isə dənizdə su­yun altı ilə yol alıb getdi.
18:62Cüz 15 · s. 301

فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءَنَا لَقَدْ لَقِينَا مِنْ سَفَرِنَا هَٰذَا نَصَبًا62

62. Onlar dənizlərin qovuş­du­ğu yerdən çıxıb getdikdə Musa öz xid­mətçisinə: “Nahar ye­mə­yimizi gətir. Biz bu sə­fə­ri­miz­də lap əl­dən düşdük”– dedi.
18:63Cüz 15 · s. 301

قَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنْسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ ۚ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًا63

63. Xidmətçi dedi: “Qaya­nın yanında gizləndiyimiz vaxt ya­dına gəlirmi? O zaman mən ba­lığı unutdum. Doğrusu, onu xa­tırla­mağı mə­nə yalnız şeytan unut­durdu. Balıq dirilib qəribə bir şə­kil­də də­niz­də yol tutub getmiş­dir”.
18:64Cüz 15 · s. 301

قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَارْتَدَّا عَلَىٰ آثَارِهِمَا قَصَصًا64

64. Musa: “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz lə­pir­­lərinin izinə düşüb ge­ri qayıtdılar.
18:65Cüz 15 · s. 301

فَوَجَدَا عَبْدًا مِنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِنْدِنَا وَعَلَّمْنَاهُ مِنْ لَدُنَّا عِلْمًا65

65. Onlar orada Öz tərə­fi­miz­dən mər­həmət bəxş etdi­yimiz və elm öyrət­di­yimiz qulla­rı­mız­dan bi­rinə rast gəldi­lər.
18:66Cüz 15 · s. 301

قَالَ لَهُ مُوسَىٰ هَلْ أَتَّبِعُكَ عَلَىٰ أَنْ تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا66

66. Musa ona dedi: “Sənə öyrə­dilmiş doğru yolu göstə­rən elm­dən mənə öyrət­mək şərtilə sənin arxanca gələ bilə­rəm­mi?”
18:67Cüz 15 · s. 301

قَالَ إِنَّكَ لَنْ تَسْتَطِيعَ مَعِيَ صَبْرًا67

67. Xızır dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bil­məz­sən.
18:68Cüz 15 · s. 301

وَكَيْفَ تَصْبِرُ عَلَىٰ مَا لَمْ تُحِطْ بِهِ خُبْرًا68

68. Axı sən səbəbini bilmə­di­yin bir şeyə necə səbir edə bi­lər­sən?”
18:69Cüz 15 · s. 301

قَالَ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ صَابِرًا وَلَا أَعْصِي لَكَ أَمْرًا69

69. Musa dedi: “İnşallah, sə­birli ol­duğumu görəcəksən. Sə­nin heç bir əm­rindən çıxma­ya­cağam”.
18:70Cüz 15 · s. 301

قَالَ فَإِنِ اتَّبَعْتَنِي فَلَا تَسْأَلْنِي عَنْ شَيْءٍ حَتَّىٰ أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا70

70. Xızır dedi: “Əgər mənə tabe ola­caqsansa, özüm sənə bir xə­bər bildir­mə­­yincə mən­dən heç bir şey haqqında so­ruş­ma”.
18:71Cüz 15 · s. 301

فَانْطَلَقَا حَتَّىٰ إِذَا رَكِبَا فِي السَّفِينَةِ خَرَقَهَا ۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْئًا إِمْرًا71

71. Sonra hər ikisi yola dü­zəlib get­dilər. Nəhayət gəlib gə­miyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gə­midə olan­la­rı suya qərq et­mək üçünmü onu deşdin? Doğ­ru­su, günahı bö­yük olan bir iş gör­dün”.
18:72Cüz 15 · s. 301

قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَنْ تَسْتَطِيعَ مَعِيَ صَبْرًا72

72. Xızır dedi: “Mən demə­dimmi ki, sən mənim yanımda səbir edə bil­məz­sən?”
18:73Cüz 15 · s. 301

قَالَ لَا تُؤَاخِذْنِي بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِي مِنْ أَمْرِي عُسْرًا73

73. Musa dedi: “Unut­du­ğum bir şey­dən ötrü məni qınama və öz işimdə məni çətinliyə sal­ma!”
18:74Cüz 15 · s. 301

فَانْطَلَقَا حَتَّىٰ إِذَا لَقِيَا غُلَامًا فَقَتَلَهُ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةً بِغَيْرِ نَفْسٍ لَقَدْ جِئْتَ شَيْئًا نُكْرًا74

74. Yenə yola düzəldilər. Nə­ha­yət, bir oğlan uşağı ilə rast­laş­dıq­da Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öl­dür­mə­yən gü­nah­sız bir canamı qəsd et­din? Doğrusu, çox pis bir iş tutdun”.
18:75Cüz 16 · s. 302

۞ قَالَ أَلَمْ أَقُلْ لَكَ إِنَّكَ لَنْ تَسْتَطِيعَ مَعِيَ صَبْرًا75

75. Xızır dedi: “Sənə demə­dimmi ki, mənim yanımda sə­bir edə bil­məzsən?”
18:76Cüz 16 · s. 302

قَالَ إِنْ سَأَلْتُكَ عَنْ شَيْءٍ بَعْدَهَا فَلَا تُصَاحِبْنِي ۖ قَدْ بَلَغْتَ مِنْ لَدُنِّي عُذْرًا76

76. Musa dedi: “Əgər bun­dan sonra səndən bir şey ba­rə­sində so­ruş­sam, da­ha mənə yol­daş olma. Sən artıq mənim di­ləyəcəyim so­­nuncu üzrxah­lığa çat­dın”.
18:77Cüz 16 · s. 302

فَانْطَلَقَا حَتَّىٰ إِذَا أَتَيَا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا فَأَبَوْا أَنْ يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَنْ يَنْقَضَّ فَأَقَامَهُ ۖ قَالَ لَوْ شِئْتَ لَاتَّخَذْتَ عَلَيْهِ أَجْرًا77

77. Yenə yola düzəldilər. Nə­ha­yət, bir kənd əhlinin ya­nına gə­lib camaatdan yeməyə bir şey istədi­lər. Camaat onları ye­məyə qo­naq etmək istəmədi. Onlar orada da­ğılmaq istəyən bir di­var gör­dü­lər. Xızır onu dü­zəlt­di. Musa dedi: “Əgər is­tə­səy­din, bunun mü­qa­bilində zəhmət haqqı alardın”.
18:78Cüz 16 · s. 302

قَالَ هَٰذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ ۚ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِعْ عَلَيْهِ صَبْرًا78

78. Xızır dedi: “Bu, mənim­lə sənin aran­da ayrılıqdır. Sə­bir edə bil­mədiyin şey­lərin yo­zu­munu sənə xəbər verə­cə­yəm.
18:79Cüz 16 · s. 302

أَمَّا السَّفِينَةُ فَكَانَتْ لِمَسَاكِينَ يَعْمَلُونَ فِي الْبَحْرِ فَأَرَدْتُ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَاءَهُمْ مَلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا79

79. Gəmiyə gəlincə, o, də­niz­də çalışan kasıb adamlara məx­sus idi. Mənim onu korla­ma­ğı­mın sə­bəbi, onların önün­də hər bir ya­rar­lı gəmini zorla ələ ke­çirən hökm­darın olması idi.
18:80Cüz 16 · s. 302

وَأَمَّا الْغُلَامُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَا أَنْ يُرْهِقَهُمَا طُغْيَانًا وَكُفْرًا80

80. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşa­ğın bö­yü­yəndə onları az­ğın­lığa və küfrə sürük­lə­mə­sin­dən qorx­duq.
18:81Cüz 16 · s. 302

فَأَرَدْنَا أَنْ يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِنْهُ زَكَاةً وَأَقْرَبَ رُحْمًا81

81. Biz istədik ki, onların Rəb­bi onun əvəzində onlara on­dan da­ha təmiz və da­ha mər­hə­mət­li olan başqa bir övlad versin.
18:82Cüz 16 · s. 302

وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنْزٌ لَهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَنْ يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنْزَهُمَا رَحْمَةً مِنْ رَبِّكَ ۚ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ۚ ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِعْ عَلَيْهِ صَبْرًا82

82. Divara gəldikdə isə, o, şə­hərdəki iki yetim oğlanın idi. Al­tın­da onlara məxsus bir xə­zinə vardı. Onların atası əmə­li­saleh adam ol­muşdur. Rəbbin on­ların həddi-buluğa çatmala­rını və Rəb­bin­dən bir mərhə­mət olaraq öz xəzi­nə­lə­rini ta­pıb çıxartmalarını is­tə­di. Mən bun­ları öz ixtiyarımla etmir­dim. Sənin səbir edə bilmə­di­­yin şeylərin yozumu budur!”
18:83Cüz 16 · s. 302

وَيَسْأَلُونَكَ عَنْ ذِي الْقَرْنَيْنِ ۖ قُلْ سَأَتْلُو عَلَيْكُمْ مِنْهُ ذِكْرًا83

83. Səndən Zülqərneyn ba­rə­sin­də so­ruşurlar. De: “Onun barə­sin­də si­zə bir əhvalat da­nışa­cağam”.
18:84Cüz 16 · s. 303

إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآتَيْنَاهُ مِنْ كُلِّ شَيْءٍ سَبَبًا84

84. Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şe­yin yolunu ona öyrətdik.
18:85Cüz 16 · s. 303

فَأَتْبَعَ سَبَبًا85

85. O, yer üzündə gəzib do­laş­maq üçün səfərə çıxdı.
18:86Cüz 16 · s. 303

حَتَّىٰ إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِنْدَهَا قَوْمًا ۗ قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَنْ تُعَذِّبَ وَإِمَّا أَنْ تَتَّخِذَ فِيهِمْ حُسْنًا86

86. Nəhayət, günəşin qürub etdiyi yerə gə­lib çatdıqda onu qa­ra pal­çıq­lı bir yerdə batan gör­dü. Zülqərneyn onun ya­nın­da bir tay­fa­ya rast gəldi. Biz bu­yur­duq: “Ey Zülqər­neyn! Sən ya onları cə­za­lan­dırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”
18:87Cüz 16 · s. 303

قَالَ أَمَّا مَنْ ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِ فَيُعَذِّبُهُ عَذَابًا نُكْرًا87

87. O dedi: “Zülm edə­ni cəzalan­dıracağıq. Sonra o, Rəb­bi­nə qayta­rıla­caq. O da ona ağır bir əzab verə­cək­!
18:88Cüz 16 · s. 303

وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَلَهُ جَزَاءً الْحُسْنَىٰ ۖ وَسَنَقُولُ لَهُ مِنْ أَمْرِنَا يُسْرًا88

88. İman gətirib yaxşı iş gö­rən kim­səyə isə ən gözəl mü­kafat ve­rilə­cək. Biz ona əm­ri­mizdən asan olanı buyura­cağıq”.
18:89Cüz 16 · s. 303

ثُمَّ أَتْبَعَ سَبَبًا89

89. Sonra o, yoluna davam etdi.
18:90Cüz 16 · s. 303

حَتَّىٰ إِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍ لَمْ نَجْعَلْ لَهُمْ مِنْ دُونِهَا سِتْرًا90

90. Nəhayət, günəşin doğ­duğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qar­şı heç bir örtük ya­rat­mamışdıq.
18:91Cüz 16 · s. 303

كَذَٰلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا91

91. Bax belə! Biz onun ba­şına gələn­lərin hamısından xə­bər­da­rıq.
18:92Cüz 16 · s. 303

ثُمَّ أَتْبَعَ سَبَبًا92

92. Sonra o, yenə yoluna da­­vam etdi.
18:93Cüz 16 · s. 303

حَتَّىٰ إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِنْ دُونِهِمَا قَوْمًا لَا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا93

93. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərə­fində az qala söz anlamayan bir tayfaya rast gəldi.
18:94Cüz 16 · s. 303

قَالُوا يَا ذَا الْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِي الْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰ أَنْ تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا94

94. Onlar dedilər: “Ey Zül­qər­neyn! Yəcuc və Məcuc tay­fa­ları yer üzündə fitnə-fəsad tö­rədirlər. Bəlkə biz sənə xə­rac verək, sən də bi­zimlə onların ara­sın­da bir sədd düzəl­də­sən?”
18:95Cüz 16 · s. 303

قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا95

95. O dedi: “Rəbbimin mə­nə əta et­di­yi mülk daha yax­şı­dır. Gə­lin öz qüv­və­niz­lə mə­nə kö­mək edin, mən də sizinlə on­ların ara­sın­da möhkəm bir sədd çə­kim.
18:96Cüz 16 · s. 303

آتُونِي زُبَرَ الْحَدِيدِ ۖ حَتَّىٰ إِذَا سَاوَىٰ بَيْنَ الصَّدَفَيْنِ قَالَ انْفُخُوا ۖ حَتَّىٰ إِذَا جَعَلَهُ نَارًا قَالَ آتُونِي أُفْرِغْ عَلَيْهِ قِطْرًا96

96. Mənə dəmir parçaları gə­­tirin!” Nəhayət, dağın iki ya­nı ara­sını dəmir parçaları ilə dol­durduqda: “Körükləyin!”– de­di. Də­mir közərən kimi: “Gə­ti­rin mə­nə, onun üstünə ərimiş mis tö­küm!”– de­di.
18:97Cüz 16 · s. 303

فَمَا اسْطَاعُوا أَنْ يَظْهَرُوهُ وَمَا اسْتَطَاعُوا لَهُ نَقْبًا97

97. Yəcuc və Məcuc tayfa­la­rı nə səd­din üstünə çıxa bil­di­lər, nə də onu dəlib keçə bil­dilər.
18:98Cüz 16 · s. 304

قَالَ هَٰذَا رَحْمَةٌ مِنْ رَبِّي ۖ فَإِذَا جَاءَ وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاءَ ۖ وَكَانَ وَعْدُ رَبِّي حَقًّا98

98. Zülqərneyn dedi: “Bu, Rəb­bim­dən olan bir mərhəmət­dir. Rəb­­bimin vədi gəldikdə isə onu yerlə yeksan edəcək­dir. Rəb­bi­min vədi həqiqətdir”.
18:99Cüz 16 · s. 304

۞ وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِي بَعْضٍ ۖ وَنُفِخَ فِي الصُّورِ فَجَمَعْنَاهُمْ جَمْعًا99

99. O gün Yəcuc və Məcuc tay­­falarını axışıb bir-birinə qa­rış­mış hal­da bura­xa­rıq. Sur üfü­rülən kimi məxluqatın ha­mı­sı­nı bir yerə top­layarıq.
18:100Cüz 16 · s. 304

وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِلْكَافِرِينَ عَرْضًا100

100. O gün Biz Cəhənnəmi ka­firlərə aşkar göstərərik.
18:101Cüz 16 · s. 304

الَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِي غِطَاءٍ عَنْ ذِكْرِي وَكَانُوا لَا يَسْتَطِيعُونَ سَمْعًا101

101. O kəslərə ki, gözləri Məni an­maqdan qapali idi, (ayə­lə­rim­dən üz döndərərdilər), özləri də eşidə bilmir­dilər.
18:102Cüz 16 · s. 304

أَفَحَسِبَ الَّذِينَ كَفَرُوا أَنْ يَتَّخِذُوا عِبَادِي مِنْ دُونِي أَوْلِيَاءَ ۚ إِنَّا أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ نُزُلًا102

102. Olmaya, kafirlər Məni qo­yub qul­larımı özlərinə dost tu­ta­caq­­la­rını güman edirdilər? Həqiqətən, Biz Cə­hənnəmi ka­firlər üçün mən­zil hazırla­mı­şıq.
18:103Cüz 16 · s. 304

قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا103

103. De: “Sizə əməlləri ba­xı­mından ən çox ziyana uğra­yan­lar ba­rə­sində xəbər verimmi?
18:104Cüz 16 · s. 304

الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا104

104. O kəslər haqqında ki, on­ların dünya həyatındakı səy­ləri bo­şa çıx­mış­dır. Çünki on­lar özlü­yündə yaxşı işlər gör­dükləri gü­ma­nında idilər.
18:105Cüz 16 · s. 304

أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا105

105. Onlar Rəbbinin ayələ­rini və Onun­la qarşılaşacaqla­rını in­kar edən, buna görə də bütün əməlləri boşa çıxan kim­sələrdir. Odur ki, Qiyamət gü­nü Biz onlara əhə­miyyət ver­mə­yəcəyik”.
18:106Cüz 16 · s. 304

ذَٰلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًا106

106. Kafir olduqlarına, ayə­lə­rimi və elçilərimi lağlağıya qoy­duq­larına görə onların cə­zası Cəhən­nəmdir.
18:107Cüz 16 · s. 304

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا107

107. İman gətirib saleh əməl­lər işləyənlərin məskəni isə Fir­dovs cən­nətləri olacaq.
18:108Cüz 16 · s. 304

خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا108

108. Onlar orada əbədi qa­la­caq, ora­nı başqa bir yerə də­yiş­mək is­tə­­məyə­cək­lər.
18:109Cüz 16 · s. 304

قُلْ لَوْ كَانَ الْبَحْرُ مِدَادًا لِكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَنْ تَنْفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا109

109. De: “Əgər Rəbbimin Söz­lərini yazmaq üçün dəniz mü­rək­kəb olsaydı və bir o qə­dər də ona əlavə etsəydik be­lə, Rəb­bimin Söz­ləri qurtar­ma­dan ön­cə dənizin suyu qur­tarardı”.
18:110Cüz 16 · s. 304

قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا110

110. De: “Mən də sizin kimi bir in­sa­nam. Mənə vəhy olu­nur ki, si­zin məbu­dunuz Tək olan İlah­dır. Kim Rəbbi ilə qar­şılaşaca­ğına ümid bəslə­yirsə, yaxşı iş­lər gör­sün və yerinə yetirdiyi ibadət­lə­rin­də Rəb­bi­nə heç kəsi şərik qoşmasın!”

Surənin əvvəlindən oxut

Surə Al-Kahf · سورة الكهف · Tlawati