Surə 18 · Cüz 16
Al-Kahf · 18:101
الَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِي غِطَاءٍ عَنْ ذِكْرِي وَكَانُوا لَا يَسْتَطِيعُونَ سَمْعًا
101. O kəslərə ki, gözləri Məni anmaqdan qapali idi, (ayələrimdən üz döndərərdilər), özləri də eşidə bilmirdilər.
Təfsir
Biz, dünyada ikən gözləri önünündə görmələrinə mane olan pərdədən dolayı Allahı zikir etməkdən kor olan kafirlərə Cəhənnəmi aşkar edib, göstərdik. O kəslər, dünyada Allahın ayələrini eşidib qəbul etmək iqtidarında deyildilər.