Surə 18 · Cüz 16
Al-Kahf · 18:95
قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا
95. O dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onların arasında möhkəm bir sədd çəkim.
Təfsir
Zülqərneyn dedi: "Rəbbimin mənə əta etdiyi mülk, padşahlıq, hökmdarlıq, qüdrət, sərvət və səltənət sizin mənə verəcəyiniz mal-dövlətdən daha xeyirlidir. Gəlin siz öz adamlarınızla və alətlərinizlə mənə kömək edin, mən də sizinlə onların arasında möhkəm bir divar çəkim!