Surə 18 · Cüz 16
Al-Kahf · 18:96
آتُونِي زُبَرَ الْحَدِيدِ ۖ حَتَّىٰ إِذَا سَاوَىٰ بَيْنَ الصَّدَفَيْنِ قَالَ انْفُخُوا ۖ حَتَّىٰ إِذَا جَعَلَهُ نَارًا قَالَ آتُونِي أُفْرِغْ عَلَيْهِ قِطْرًا
96. Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yanı arasını dəmir parçaları ilə doldurduqda: “Körükləyin!”– dedi. Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!”– dedi.
Təfsir
Zülqərneyn dedi: "Mənə dəmir parçaları gətirin!" Onlar da dəmir parçaları gətirdilər və Zülqərneyn iki dağ arasını bina etməyə başladı. Nəhayət, iki dağ arasındakı boşluqları doldurub qurtardıqdan sonra onunla birgə çalışan işçilərə: "Bu dəmir parçalarının üzərinə od vurun"– dedi. Dəmir parçaları əriyib köz kimi olduqda: "Mənə mis gətirin, ərimiş dəmirin üzərinə töküm!"– dedi.