Surə 18 · Cüz 15
Al-Kahf · 18:71
فَانْطَلَقَا حَتَّىٰ إِذَا رَكِبَا فِي السَّفِينَةِ خَرَقَهَا ۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْئًا إِمْرًا
71. Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün”.
Təfsir
Xızır Musa ilə şərti kəsdikdən sonra bir gəmi tapana qədər hər ikisi də dəniz sahilinə tərəf getdilər. Nəhayət, bir gəmi tapdıqları zaman, gəmi sahibi Xızıra hörmət əlamti olaraq onları pulsuz və heç bir qarşılıq almadan gəmiyə mindirdi. Bu zaman Xızır gəminin bir taxtasını sındırıb çıxararaq gəmidə dəlik açdı. Musa ona dedi: "Gəmi sahibi bizi pulsuz-parasız gəmiyə mindirdiyi halda, sən isə gəmidə olanların suyda batması üçün onu deşdin?! Həqiqətən sən, böyük bir günah iş gördün!"