Surə 18 · Cüz 15
Al-Kahf · 18:31
أُولَٰئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِنْ سُنْدُسٍ وَإِسْتَبْرَقٍ مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۚ نِعْمَ الثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا
31. Məhz onlar üçün ağacları altından çaylar axan Ədn cənnətləri hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!
Təfsir
İman edərək, saleh əməllər etməklə vəsf olunan o kimsələr üçün sarayları altından şirin dadlı Cənnət çayları axan, içində əbədi qalacaqları cənnətlər hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcək və üstləri gözəl bəzəklərlə bəzədilmiş taxtların üstündə dirsəklənəcəklər. Onlara verilən mükafat nə gözəl mükafatdır, içərisində qərar tutacaqları Cənnət nə necə də gözəl məskəndir!