Surə 18 · Cüz 15
Al-Kahf · 18:62
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءَنَا لَقَدْ لَقِينَا مِنْ سَفَرِنَا هَٰذَا نَصَبًا
62. Onlar dənizlərin qovuşduğu yerdən çıxıb getdikdə Musa öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi.
Təfsir
Musa və onun xidmətçisi Yuşə ibn Nun dənizlərin qovuşduğu yer keçdikdə, Musa - aleyhissəlam - öz xidmətçisinə: "Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə həddən artıq yorulduq" – dedi.