Surə 18 · Cüz 16

Al-Kahf · 18:79

أَمَّا السَّفِينَةُ فَكَانَتْ لِمَسَاكِينَ يَعْمَلُونَ فِي الْبَحْرِ فَأَرَدْتُ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَاءَهُمْ مَلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا

79. Gəmiyə gəlincə, o, də­niz­də çalışan kasıb adamlara məx­sus idi. Mənim onu korla­ma­ğı­mın sə­bəbi, onların önün­də hər bir ya­rar­lı gəmini zorla ələ ke­çirən hökm­darın olması idi.

Təfsir

Bir taxtasını sındırıb çıxararaq dəlik açdığım gəmiyə gəlincə, o, də­niz­də çalışan və gəmini qorumağa qadir olmayan aciz adamlara məx­sus idi. Gəmini xarab etmə səbəbi isə qarşıda onları gözləyən, hər bir ya­rar­lı gəmini zorla qəsb edib ələ ke­çirən və eyibli, xarab gəmini isə tərk edən hökm­darın, gəmini onların əlindən almaması üçün mən həmin gəmini korlayıb xarab etdim.

Oxuyucuda aç - Surəni tam oxu