Surə 18 · Cüz 16
Al-Kahf · 18:78
قَالَ هَٰذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ ۚ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِعْ عَلَيْهِ صَبْرًا
78. Xızır dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.
Təfsir
Xızır Musaya belə dedi: "Divarı düzəltdiyimə görə onlardan heç bir zəhmət haqqı almadığıma etiraz etməyin, mənimlə sənin aranda ayrılıq səbəbidir. Mən də sənin görüb səbir edə bilmədiyin şeylərin açıqlamasını sənə xəbər verəcəyəm!