Surə 18 · Cüz 16
Al-Kahf · 18:77
فَانْطَلَقَا حَتَّىٰ إِذَا أَتَيَا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا فَأَبَوْا أَنْ يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَنْ يَنْقَضَّ فَأَقَامَهُ ۖ قَالَ لَوْ شِئْتَ لَاتَّخَذْتَ عَلَيْهِ أَجْرًا
77. Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.
Təfsir
Onlar yenə yollarına davam etdilər və nəhayət bir kənd əhlinin yanına gəlib camaatdan yeyəcək bir şey istədilər. Kənd əhli isə onlara yeyəcək bir şey verməkdən və onların müsafir haqqlarını yerinə yetirməkdən imtina etdilər. Onlar o kənddə dağılıb, uçulmaq istəyən bir divar gördülər. Bu zaman Musa - aleyhissəlam - Xızıra: "Əgər istəsəydin, bizim müsafir haqqımızı verməkdən imtina etdiklərinə görə öz ehtiyaclarımızı ödəmək üçün, bunun müqabilində onlardan zəhmət haqqı alardın".