Surə 18 · Cüz 15

Al-Kahf · 18:45

وَاضْرِبْ لَهُمْ مَثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُقْتَدِرًا

45. Onlara dünya həyatını məsəl çək. Bu dünya həyatı göy­dən gön­dərdiyimiz yağışa bən­zər. Yer­dəki bitkilər onunla qa­rışıb ye­ti­şər, sonra isə külə­yin sovu­rub apardığı quru çör-çö­pə dönər. Allah hər şeyə qadir­dir.

Təfsir

Ey Peyğəmbər! Dünya həyatına aldananlara belə bir məsəl çək. Bu dünya həyatının məsəli, tez bir zaman da yox olan göy­dən endirdiyimiz yağışa bən­zər ki, bu yağış suyu ilə yer­ üzündəki bitkilər ye­ti­şib, bəhrə verər, sonra parçalanıb çör-çöpə dönər və sonda küləklər onu sovu­rub uzaq bir yerlərə aparar, beləliklə də, yer əvvəlki halına dönər. Allah hə şeyə qadir­dir. Onu heç bir şey aciz edə bilməz. O, istədiyinə həyat verər və istədiyini də həlak edib, yox edər!

Oxuyucuda aç - Surəni tam oxu