Surə 18 · Cüz 15

Al-Kahf · 18:46

الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا

46. Var-dövlət və övladlar dün­ya hə­yatının bərbəzəyidir. Əbə­di qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxı­mın­dan daha əfzəl­dir.

Təfsir

Var-dövlət və övladlar dün­ya hə­yatındakı bərbəzəyidir. Allahın rizasını diləyərək xərclənilən mal-dövlət müstəsna olmaqla, mal-dövlərin axirətdə heç bir faydası yoxdur. Uca Allahın razı qaldığı sözlər və əməllər Allah yanında savab baxımından dünyanın bütün bərbəzəyindən daha əfzəl­dir və bu, insanın ümid etdiyinin ən xeyirlisidir. Çünki dünyanın bərbəzəyi və zinəti fanidir, Allah yanında razı qalınan sözlər və əməllərin savabı isə əbədidir.

Oxuyucuda aç - Surəni tam oxu