Surə 18 · Cüz 15
Al-Kahf · 18:47
وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا
47. O gün Biz dağları hərəkətə gətirəcəyik. O vaxt yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini kənara buraxmayacağıq.
Təfsir
Dağları yerindən yox edəcəyimiz günü xatırla. Yer üzərində olan dağların, ağacların və binaların tamamən yox olduğu üçün sən yer üzünü dümdüz olduğunu görəcəksən. O gün Biz, bütün məxluqatı bir yerə cəm edəcəyik, onlardan heç birini də diriltmədən, öz qəbrində ölmüş bir halda buraxmayacağıq.