Surə 18 · Cüz 15

Al-Kahf · 18:48

وَعُرِضُوا عَلَىٰ رَبِّكَ صَفًّا لَقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ ۚ بَلْ زَعَمْتُمْ أَلَّنْ نَجْعَلَ لَكُمْ مَوْعِدًا

48. Onlar Rəbbinin hüzu­run­da səf-səf duracaqlar. Biz de­yə­cəyik: “Hüzuru­mu­za sizi ilk də­fə yarat­dığımız kimi gəl­diniz. Amma siz elə güman edir­di­niz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyə­cə­yik”.

Təfsir

İnsanlar Rəbbinə səf-səf ərz olunacaqlar, Uca Allah da onları hesaba çəkərək belə de­yə­cəkdir: "Hüzuru­mu­za sizi ilk də­fə yarat­dığımız kimi tək başına, ayaqyalın, lüt-üryan və sünnət olunmamış halda gəl­diniz. Əksinə, siz, bir daha dirilməyəcəyinizi, etdiyiniz yaxşı və ya pis əməllərin mükafatını vermək üçün Biz sizə müəyyən bir zaman və məkan təyin etməyə­cə­yimizi zənn edirdiniz!"

Oxuyucuda aç - Surəni tam oxu