Surə 18 · Cüz 15

Al-Kahf · 18:49

وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَٰذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا ۚ وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا

49. Hər kəsin kitabı qarşı­sına qoyu­la­caq və sən günah­kar­la­rın ora­da yazıl­mış olanlar­dan qorx­duqlarını görə­cək­sən. Onlar de­yə­cək­lər: “Vay halı­mıza! Bu ne­cə bir kitab imiş! O nə bir ki­çik, nə də bir böyük günahı bu­rax­madan hamısını sayıb yaz­mış­dır!” Onlar et­­dik­ləri əməlləri öz qarşılarında görəcəklər. Rəb­bin heç kəsə haq­sız­lıq etməz!

Təfsir

O gün hər kəsin əməl dəftəri qarşı­sına qoyu­la­caq, bəziləri onu sağ tərəfdən, bəziləri də sol tərəfdən alacaqdır. Ey İnsan! O gün sən kafirlərin ora­da yazıl­mış olanlar­dan qorx­duqlarını görə­cək­sən. Çünki onlar etdikləri küfr və günahları yaxşı bilirlər. Onlar bunun ardından belə deyəcəklər: "Vay halı­mıza və başımıza gələn müsibətə! Bu ne­cə bir kitabdır! Etdiyimiz əməllərdən nə bir ki­çik, nə də bir böyük günahı bu­rax­madan hamısını sayıb yaz­mış­dır!" Onlar dünya həyatında et­­dik­ləri bütün günahların hamısını necə var, yazılı bir halda görəcəklər. Ey Peyğəmbər! Rəb­bin heç kəsə qarşı zülm etməz. Heç kimsəni günahsız yerə cəzalandırmaz. Ona itaət edən kimsənin də etdiyi itaətin əcrini naqis etməz!

Oxuyucuda aç - Surəni tam oxu