Surə 18 · Cüz 15
Al-Kahf · 18:50
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ ۗ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِنْ دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ ۚ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا
50. Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz?! Zalımlar üçün bu necə də yarıtmaz bir mübadilədir!
Təfsir
Ey Peyğəmbər! Yadına sal ki, Biz bir zaman mələklərə: "Adəmə salam məqsədilə səcdə edin!"– demişdik. İblisdən başqa mələklərin hamısı, salam vermək məqsədilə Adəmə səcdə etdi. İblis cinlərdən idi, mələklərdən deyildi. Beləliklə də, O, Adəmə səcdə etməyə təkəbbürlük göstərərək, Rəbbinin əmrinə boyun əymədi. Ey İnsanlar! Onlar sizin düşməniniz olduğu bir halda, siz Məni qoyub onu və onun övladlarını özünüzə dostmu tutursunuz?! Axı düşmənlərinizi necə özünüzə dost tuta bilərsiniz?! Uca Allahla dostluq etmək əvəzinə, şeytanı özünə dost tutan zalımların etdikləri necə də çirkin və mürdar bir işdir!