Surə 18 · Cüz 15

Al-Kahf · 18:51

۞ مَا أَشْهَدْتُهُمْ خَلْقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا خَلْقَ أَنْفُسِهِمْ وَمَا كُنْتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًا

51. Mən onları nə göylərin və yerin yaradılışına, nə də öz­lə­ri­nin yara­dı­lı­şı­na şahid et­mə­dim. Mən başqalarını yol­dan çıxaranları Özümə kö­məkçi tut­mu­ram.

Təfsir

Özünüzə Məndən başqa dost tutduqlarınız da sizin kimi insanlardır. Mən göyləri və yeri yaratdığım zaman onları şahid tutmadım. Əksinə, bu vaxt onlar heç mövcud da deyildilər. Həmçinin, Mən onları yaratdığım zaman bəzilərini digərlərinin yaradılışına da şahid tutmadım. Yaratmaq və idarə etmək tək Mənə aiddir. Mən başqalarını yol­dan çıxaran insan və cinlərdən olan şeytanları Özümə əsla yardımçı etmərəm. Mənim yardımçılara heç bir ehtiyacım yoxdur!

Oxuyucuda aç - Surəni tam oxu