Surə 18 · Cüz 15
Al-Kahf · 18:44
هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ ۚ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا
44. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.
Təfsir
Belə məqamda yardım etmək yalnız tək olan uca Allaha aiddir. Uca Allah, mömin olan qullarına ən yaxşı mükafat verən, onlar üçün savabı qat-qat artıqan və onlara ən gözəl aqibət nəsib edəndir.