Surə 18 · Cüz 15

Al-Kahf · 18:17

۞ وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَتْ تَزَاوَرُ عَنْ كَهْفِهِمْ ذَاتَ الْيَمِينِ وَإِذَا غَرَبَتْ تَقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِي فَجْوَةٍ مِنْهُ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ ۗ مَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَنْ يُضْلِلْ فَلَنْ تَجِدَ لَهُ وَلِيًّا مُرْشِدًا

17. Orada olsaydın günəşin doğ­duğu zaman onların ma­ğa­­ra­sı­nın sağ tərəfinə yönəl­diyi­ni, bat­dığı zaman isə onlardan uzaqlaşıb sol tərə­fə adladı­ğı­nı, onların da mağaranın içində geniş bir yerdə yer­ləşdiklərini görərdin. Bu, Alla­hın də­lillə­rindəndir. Allah kimi doğ­ru yola yönəl­dərsə, o, doğru yol­dadır. Kimi də azdı­rarsa, ona doğ­ru yolu göstərən bir yaxın adam tapa bilməzsən.

Təfsir

Gənclər mağaraya sığınaraq, onlara əmr olunan şeyə tabe oldular. Uca Allah mağarada onları yuxuya daldırdı və beləliklə də onları düşmənlərinin şərindən qorudu. Ey Onların əhvalatlarını oxuyan kimsə! Günəş məşriqdən doğ­duğu zaman onların ma­ğa­­ra­sı­nın sağ tərəfinə yönəlib ma­ğa­­ra­ya öz süasından toxundurduğunu, bat­dığı zaman isə onlara toxunmadan, onlardan uzaqlaşıb sol tərə­fə adladı­ğı­nı, onlar günəşin hərarəti özlərinə zərər verməyən daima kölğə içində olduqlarını, onların da mağaranın içində geniş bir yerdə yer­ləşdiklərini, ehtiyacları olduğu havanı rahatca necə tənəffüs etdiklərinidə görərdin. Onların mağaraya sığınmaları, orada uzun illər yuxuya dalmaları, günəşin süaları onlara toxunmadan meyil etməsi, mağarada yatdıqları yerin geniş olması və onları öz qövmlərinin şərindən xilas edilməsi Uca Allahın qüdrətinə dəlalət edən qəribə işlərindəndir. Allah kimi doğ­ru yola yönəl­dərsə, həqiqətən də o, doğru yol­dadır. Kimi də azdı­rarsa, ona doğ­ru yolu göstərən və bu yola yönəldən bir yaxın adam tapa bilməzsən. Çünki hidayət bəxş edib, doğru yola yönətmək kiminsə əlində deyil, bu yalnız Uca Allahın əlində olan bir işdir!

Oxuyucuda aç - Surəni tam oxu