Surə 18 · Cüz 15
Al-Kahf · 18:16
وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنْشُرْ لَكُمْ رَبُّكُمْ مِنْ رَحْمَتِهِ وَيُهَيِّئْ لَكُمْ مِنْ أَمْرِكُمْ مِرْفَقًا
16. Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.
Təfsir
Madam ki, siz qövmünüzdən uzaqlaşdınız, onların Allahdan savayı ibadət etdiklərini tərk etdiniz və bundan sonra da yalnız Uca Allaha ibadət edəcəksiniz, elə isə dininizdə sabit qalıb, fitnəyə düşməməkdən ötrü mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin, sizi düşməninizdən hifz edib, onların şərindən qorusun, həyatınızda faydalanasınız deyə işinizi asanlaşdırsın və sizə qövmünüz arasında yaşamaqdan daha da xeyirli bir həyat bəxş etsin!