Surə 18 · Cüz 15

Al-Kahf · 18:15

هَٰؤُلَاءِ قَوْمُنَا اتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً ۖ لَوْلَا يَأْتُونَ عَلَيْهِمْ بِسُلْطَانٍ بَيِّنٍ ۖ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا

15. Cavanlardan biri o biri­lə­rinə dedi: “Bi­zim bu xalqı­mız Allah­dan başqa mə­budlar qə­bul etdi. Bəs nə üçün onlar bu büt­lərə dair bir dəlil gə­tir­mə­di­lər? Allaha qar­şı ya­lan uydu­randan daha zalım kim ola bi­lər?!

Təfsir

Bunda sonra həmin gənclər bir-biririnə baxaraq: "Bi­zim bu qövmümüz özlərinə Allah­dan başqa ibadət edəcəkləri mə­budlar qə­bul etdilər. Onlar Allahdan başqasına ibadət etdiklərinə görə aşıq-aydın heç bir dəlil gətirməyə qadir deyillər. Allahın şəriki olması barədə ya­lan uydu­ran kimsədən daha zalım bir kəs ola bi­lməz!" – dedilər.

Oxuyucuda aç - Surəni tam oxu