Surə 18 · Cüz 15
Al-Kahf · 18:14
وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَنْ نَدْعُوَ مِنْ دُونِهِ إِلَٰهًا ۖ لَقَدْ قُلْنَا إِذًا شَطَطًا
14. Onlar kafir hökmdarın qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik.
Təfsir
Allahın vəhdaniyyətinə olan imanlrını kafir hökmdarın qarşısında elan etdikləri zaman, Biz o gənclərin qəlblərini imanla və həmçinin imanlarında sabitqədəm olmaları və vətənlərini tərk etməyə qarşı səbir nümayiş etmələri üçün səbat verib qüvvətləndirdik. Onlar o vaxt qalxıb hökmdara: "İman edib, itaət etdiyimiz Rəbbimiz, göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa, yalandan onların ilah olduqları idda edilən məbudlara ibadət etməyəcəyik. Əgər biz Ondan başqasına ibadət edəcəyimnizi söyləsək bu zaman haqqdan uzaq və ədalətsiz bir söz söyləmiş olarıq!" – demişdilər.