Surə 18 · Cüz 15

Al-Kahf · 18:13

نَحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُمْ بِالْحَقِّ ۚ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًى

13. Biz onların əhvalatını sə­nə olmuş bir həqiqət kimi söy­lə­yi­rik. Onlar Rəb­bi­nə iman gə­tirmiş gənc­lər idi. Biz də on­la­rın hi­da­yə­tini artırdıq.

Təfsir

Ey Peyğəmbər! Biz sənə onların başların gələn bu əhvalatı və barəsində heç bir şübhə olmayan bu xəbəri olduğu kimi söy­lə­yi­rik. Onlar Rəb­bi­nə iman gə­tirmiş və Allahın rizasını qazanmaq üçün saleh əməllər edən gənc­lər idi. Biz də on­la­rın haqq üzərində sabit qalmalarını və hi­da­yə­tlərini artırdıq.

Oxuyucuda aç - Surəni tam oxu