Surə 18 · Cüz 15

Al-Kahf · 18:18

وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ ۚ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ ۖ وَكَلْبُهُمْ بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ ۚ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا

18. Onlar yatmış ikən sən on­ları oyaq hesab edərdin. Biz on­ları sağa-sola çe­virirdik. On­ların iti isə girəcəkdə qabaq pən­cələrini uza­dıb yatmışdı. Əgər sən onları görsəydin, dö­nüb onlardan qa­çar­­­dın və dəh­şət səni bürüyərdi.

Təfsir

Ey Əshabi-kəhfin əhvalatlarını oxuyan kimsə! Onlar yatmış ikən gözləri açıq olduğundan dolayı sən on­ları oyaq zənn edərdin. Halbuki onlar, sözün həqiqi mənasında yuxuya dalmışdılar. Onlar yuxuda ikən torpaq cəsədlərini çürütməsin deyə, Biz bəzən on­ları sağ tərəfə, bəzən də sol tərəfə çe­virirdik. On­ların iti isə mağaranın girəcəyində qabaq pən­cələrini uza­daraq yatmışdı. Əgər sən onları bu vəziyyətdə görsəydin, onlardan qorxduğun üçün dö­nüb qa­çar­­­dın və bu üzdən qəlbini dəh­şət və qorxu bürüyərdi.

Oxuyucuda aç - Surəni tam oxu