Surə 18 · Cüz 15

Al-Kahf · 18:19

وَكَذَٰلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءَلُوا بَيْنَهُمْ ۚ قَالَ قَائِلٌ مِنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۚ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُمْ بِوَرِقِكُمْ هَٰذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنْظُرْ أَيُّهَا أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُمْ بِرِزْقٍ مِنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا

19. Beləcə onları oyatdıq ki, nə baş ver­diyini bir-birindən so­ru­şub öyrənsin­lər. Onlardan biri: “Burada nə qədər qal­dı­nız?”– dedi. Bə­­zi­ləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq”– dedi­lər. Di­gərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bi­lir. Bi­ri­nizi bu gümüş pulunuzla şə­hə­rə gön­dərin. Qoy baxsın ən tə­­miz yemək han­sıdırsa, ondan sizə azuqə gə­tirsin. Am­ma eh­ti­yat­lı ol­sun və sizin barənizdə heç kəsi duyuq salmasın!

Təfsir

Onlar haqqında sənə söylədiyimiz hər bir şey, Bizim heyrətamiz qüdrətimiz sayəsində baş verən işlərdəndir. Biz onları, uzun müddət yatdıqdan sonra mağarada nə qədər yuxuya daldıqlarını bir-birindən so­ru­şmaları üçün yuxudan oyatdıq. Onlardan bəziləri mağarada bir gün, yaxud günün bir hissəsi qədər yatdıqlarını dedi­lər. Mağarada yatdıqları müddəti dəqiq bilməyənlər isə: "Mağarada yatıb qaldığınız müddəti Rəbbiniz daha yaxşı bi­lir, bu işi Allaha həvalə edin və sizə aid olan işlə məşğul olun" – deyərək cavab verdilər. Sonra onlardan biri belə dedi: "İndi isə aranızdan bi­ri­ni, bu gümüş pulunuzla həmin şə­hə­rə göndərin. Qoy baxsın yemək satanların hansının yeməyi daha tə­­mizdirsə və hansının qazancı daha halaldırsa, ondan alıb sizə azuqə gə­tirsin. Şəhərə daxil olduqda, oradan çıxdıqda və şəhər sakinləri ilə əlaqə yaratdıqda qoy o, son dərəcə eh­ti­yat­lı ol­sun, ağıllı hərəkət etsin, sonu zərərlə qurtara biləcək hallardan uzaq dursun və heç kəsə sizin yerinizi öyrənməyə imkan verməsin!

Oxuyucuda aç - Surəni tam oxu