Surə 18 · Cüz 15

Al-Kahf · 18:20

إِنَّهُمْ إِنْ يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَنْ تُفْلِحُوا إِذًا أَبَدًا

20. Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz din­lərinə dön­dərərlər. Onda siz heç vaxt nicat tapa bilməz­si­niz!”

Təfsir

Əgər qövmünüz sizdən xəbər tutub, yerinizi bilsələr, bu zaman sizi ya daşqalaq edib öldürər, ya da Allahın sizi haqq dinə hidayət etməzdən əvvəl olduğunuz batil dinə geri dön­dərərlər. Əgər siz batil dinə geri dönsəniz, onda siz nə dünya həyatında, nə də axirətdə, heç vaxt nicat tapa bilməz­si­niz, əksinə, Allahın sizi hidayət etdiyi haqq dini tərk edib və batil bir dinə döndüyünüzə görə böyük bir ziyana uğramış olarsınız!

Oxuyucuda aç - Surəni tam oxu