Surə 18 · Cüz 15
Al-Kahf · 18:53
وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُمْ مُوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًا
53. Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər.
Təfsir
Müşriklər atəşi öz gözləri ilə görüncə, oraya düşəcəklərini tam yəqinliklə biləcəklər, lakin oradan qaçıb canlarını qurtarmağa bir yer tapa bilməyəcəklər.