Surə 18 · Cüz 16
Al-Kahf · 18:81
فَأَرَدْنَا أَنْ يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِنْهُ زَكَاةً وَأَقْرَبَ رُحْمًا
81. Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin.
Təfsir
Biz, o uşağı öldürməklə, uca Allahın onun əvəzində ata-anasına dində və saleh əməllərdə ondan daha xeyirli, günahlardan ondan daha təmiz və ata-anasına ondan da daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.