Surə 18 · Cüz 16
Al-Kahf · 18:82
وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنْزٌ لَهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَنْ يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنْزَهُمَا رَحْمَةً مِنْ رَبِّكَ ۚ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ۚ ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِعْ عَلَيْهِ صَبْرًا
82. Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!”
Təfsir
Amma dağılıb uşmaq uzərə olan divarı düzəltmə səbəbindən inkar etdiyinə gəldikdə isə, o divar gəldiyimiz şəhərdə ata-anası ölmüş iki yetim oğlana aid idi. Bu divarın altında onlara məxsus bir xəzinə vardı. Onların atası saleh bir kimsə idi. Ey Musa! Rəbbin onların böyüyüb, həddi-buluğa çatmalarını, həmən divarın altında gizlədimış onlara məxsus öz xəzinəni tapıb çıxartmalarını istədi. Əgər divar indi dağılıb uçulsaydı, xəzinə ortaya çıxıb zay olub gedərdi. Bu, Rəbbinin onlara olan bir mərhəməti sayəsində idi. Mən bunları öz ixtiyarımla etmirdim. Bunlar, sənin səbir edə bilmədiyin şeylərin həqiqi yozumudur!"