Surə 18 · Cüz 15

Al-Kahf · 18:42

وَأُحِيطَ بِثَمَرِهِ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَىٰ مَا أَنْفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُشْرِكْ بِرَبِّي أَحَدًا

42. Beləcə, onun bağının məh­sulu bir anda məhv edildi. O, ba­ğı­nı belə görüb ora qoy­duğu xərcə görə peşmançılıq çək­məyə və əllərini bir-birinə vurmağa baş­ladı. Bağın talvar­ları uçulub dar­madağın olmuşdu. O dedi: “Kaş Rəb­bimə heç kəsi şərik qoşma­yay­dım!”

Təfsir

Nəhayət, mömin kimsənin gözlədiyi əzab gəldi və beləcə, o kafir adamın bağındakı bütün məh­sulu bir anda yerlə yeksan oldu. O, ba­ğı­nı bəhrəli bir bağ olması üçün çəkdiyi bütün əziyyətin və ora qoy­duğu məsrəfin bir anda yox olmasından dolayı son dərəcə peşmançılıq və hüzn çək­ərək əllərini bir-birinə vurmağa baş­ladı, bağın çardağı uçulub dar­madağın və üzüm təhənglərinində yerə sərilmiş olduğunu gördükdə o belə dedi: "Kaş, mən tək olan Rəb­bimə iman edib və heç kəsi ibadətdə Ona şərik qoşma­yay­dım!"

Oxuyucuda aç - Surəni tam oxu