Surə 18 · Cüz 15

Al-Kahf · 18:28

وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا

28. Səhər və axşam çağı Rəb­binin Üzünü diləyərək Ona dua edən­lər­lə bir­likdə özünü sə­bir­li apar. Dünyanın bər­bə­zəyini istə­yə­rək nəzərlərini yoxsul­lar­dan çevirmə. Qəlbini Bizi an­maq­dan xə­bərsiz etdiyi­miz, nəf­sinin istək­lərinə uyan və işləri səmərəsiz olan bir kim­sə­yə ita­ət etmə!

Təfsir

Özünü səhər və axşam çağı, ixlasla Rəb­binə dua və ibadət edən kimsələrlə daima bir­likdə et. Zəngin və şərəfli insanlarla oturub-durmağa həris olub, nəzərlərini ixlasla Allaha ibadət edən kimsələrdən çevirmə. Qəlbini möhürləyərək Bizi zikir etməkdən xə­bərsiz etdiyi­miz, sənə öz məclisindən yoxsulları uzaqlaşdırmağı əmr edən, nəf­sinin istək­lərini Rəbbinə itaət etməkdən üzstün tutan və işləri boş faydasız və ziyan olan bir kim­sə­yə ita­ət etmə!

Oxuyucuda aç - Surəni tam oxu