Surə 18 · Cüz 15

Al-Kahf · 18:29

وَقُلِ الْحَقُّ مِنْ رَبِّكُمْ ۖ فَمَنْ شَاءَ فَلْيُؤْمِنْ وَمَنْ شَاءَ فَلْيَكْفُرْ ۚ إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا ۚ وَإِنْ يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاءٍ كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ ۚ بِئْسَ الشَّرَابُ وَسَاءَتْ مُرْتَفَقًا

29. De: “Haqq Rəbbiniz tə­rə­fin­dəndir. Kim istəyir inan­sın, kim də istəyir inan­masın”. Biz zalım­lar üçün elə bir Od ha­zırlamışıq ki, onun divar­ları onları əhatə edəcəkdir. Onlar kömək dilə­dik­də əridilmiş me­tal kimi üzlərini qovuran bir su ilə kömək ediləcək­dir. Nə pis içki, necə də pis məs­kəndir!

Təfsir

Ey Peyğəmbər! Qəlblərinin qəflətindən dolayı Allahın zikrindən üz çevirən kimsələrə belə de: "Sizə gətirdiyim bu din, haqq dindir. Bu din məndən deyil, Allah tərəfindəndir. Məndən möminləri öz məclisimdən qovmağımı tələb etmənizi də yerinə yetirməyəcəyəm. Sizdən kim bu haqqa iman etmək istəyirsə, iman etsin, buna görə sonda Allahın ona verəcəyi mükafat onu çox sevindirəcək. Kim də kafir olmaq istəyirsə qoy kafir olsun, buna görə də sonda onu gözləyən əzab onu çox məyus edəcək!" Biz Allaha küfür etməyi seçərək özlərinə zülm edən zalım­lar üçün Cəhənnəmin divarları onları əhatə edən əzəmətli bir od ha­zırlamışıq. Onlar oradan qaçıb canlarını qurtara bilməyəcəklər. Onlar şiddətli susuzluqdan dolayı su istədiklərində, onlara qaynar və çirkli yağ kimi su ilə kömək ediləcək­dir. Onlar həmin suyu içdikdə o suyun hərarətindən üzləri qovurulacaqdır. Onlara kömək edilərək verilən bu su, necə də pis və murdar bir sudur. Çünki bu su, onlıarın susuzluğunu yatızdırmaz, əsksinə susuzluqlarını daha da artırar. Onların dərilərini yandırıb-yaxan alov da əsla söndürülməz. Həqiqətən, Cəhənnəm necə də pis məs­kən və pis qərar tutulan bir yerdir!

Oxuyucuda aç - Surəni tam oxu