Surə 18 · Cüz 15
Al-Kahf · 18:5
مَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ ۚ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ ۚ إِنْ يَقُولُونَ إِلَّا كَذِبًا
5. Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.
Təfsir
Uca Allahın övladı olduğu barədə iddia edən bu iftiraçıların nə özlərinin nə də təqlid etdikləri ata-babalarının bir elmi, bir dəlili və ya bir sübutu vardır. Düşünmədən ağızlarından çıxartdıqları bu söz necə də çirkin bir sözdür. Onlar dedikləri bu söz, heç bir dayağa əsaslanmayan yalandan başqa bir şey deyildir!