Surə 18 · Cüz 15

Al-Kahf · 18:74

فَانْطَلَقَا حَتَّىٰ إِذَا لَقِيَا غُلَامًا فَقَتَلَهُ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةً بِغَيْرِ نَفْسٍ لَقَدْ جِئْتَ شَيْئًا نُكْرًا

74. Yenə yola düzəldilər. Nə­ha­yət, bir oğlan uşağı ilə rast­laş­dıq­da Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öl­dür­mə­yən gü­nah­sız bir canamı qəsd et­din? Doğrusu, çox pis bir iş tutdun”.

Təfsir

Onlar gəmidən düşdükdən sonra hər ikisi də sahildə gəzməyə başladılar. Bu zaman onlar uşaqlarla birgə oynayan, həddi-büluğa çatmayan bir oğlan uşağı ilə rast­laş­dılar, Xızır da dərhal onu öldürdü. Musa ona dedi: "Həddi-büluğa çatmayan, pak, məsum bir canı gü­nah­sız bir yerəmi qəsd et­din? Doğrusu sən, çox pis bir iş gördün!"

Oxuyucuda aç - Surəni tam oxu