Surə 18 · Cüz 16
Al-Kahf · 18:110
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا
110. De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və yerinə yetirdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”
Təfsir
Ey Peyğəmbər! De: "Mən də sizin kimi bir bəşərəm. Şübhəsiz ki, mənə, haqq olan məbudunuzun tək bir məbud olduğu və Onun heç bir şəriki, ortağı olmadığı vəhy olunur. O, Uca olan Allahdır. Kim qiyamət günü dirilib haqq-hesab üçün Rəbbi ilə qarşılaşacağından qorxursa qoy o, şəriətə müvafiq əməllər etsin və Rəbbinə etdiyi ibadətlərində Ona heç kəsi şərik qoşmasın!"