Surə 18 · Cüz 15
Opening of Al-Kahf · Al-Kahf 18:1
الْحَمْدُ لِلَّهِ الَّذِي أَنْزَلَ عَلَىٰ عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَلْ لَهُ عِوَجًا ۜ
1. Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!
Təfsir
Həmd-sənalar kamillik, izzət və cəlal sifətləri, zahiri və batini nemətləri ilə Qurani-Kərimi Öz Rəsulu Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edən və bu Quranda heç bir nöqsana yol verməyən Allaha aiddir!