Surə 17 · Cüz 15

Al-Isra · 17:111

وَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَلَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ ۖ وَكَبِّرْهُ تَكْبِيرًا

111. De: “Özünə heç bir öv­lad gö­tür­məyən, mülkündə heç bir şə­ri­ki ol­ma­yan, aciz qalma­maq­dan ötrü Özünə kö­mək edə­cək heç bir dos­ta möhtac olma­yan Allaha həmd olsun!” Onu tərif­lə­yərək uca tut.

Təfsir

Ey Peyğəmbər! De: "Bütün həmd-sənalar və tərifləf Özünə heç bir öv­lad gö­tür­məyən, heç bir şəriki olmayan uca Allaha aiddir. Onun mülkündə heç bir şə­ri­ki, ortağı yoxdur. Ona əsla acizlik və ya zəyiflik toxunmaz. Uca Allahın Özünə kö­mək edə­cək heç bir dos­ta və ya yardımçıya da ehtiyacı yoxdur. Elə isə sən daima Onu tərif­lə­yərək Onun şənini uca tut və mülkündə Ona övlad, şərik və hər hansı bir yardımçı nisbət etmə!"

Oxuyucuda aç - Surəni tam oxu