Surə 17 · Cüz 15

Al-Isra · 17:110

قُلِ ادْعُوا اللَّهَ أَوِ ادْعُوا الرَّحْمَٰنَ ۖ أَيًّا مَا تَدْعُوا فَلَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَٰلِكَ سَبِيلًا

110. De: “İstər Allah deyib ça­ğırın, istərsə də ər-Rəhman deyib çağırın. Necə ça­ğırsanız da, hər halda ən gözəl adlar Ona məx­sus­dur”. Na­mazını nə uca səs­lə, nə də pıçıltı ilə qıl. Bunların ara­sında or­ta bir yol tut.

Təfsir

Ey Peyğəmbər! Sənin "Ya Allah, Ya Rəhman!" deyərək dua etməni inkar edənlərə belə de: "Allah da, Rəhman da bütün nöqsanlardan uzaq olan Allahın iki adıdır. Siz istər bu iki adla, istərsə də Allahın bundan başqa olan adları ilə Ona dua edə bilərsiz. Uca Allahın gözəl adları vardır. Bu iki adda həmin adlardandır. Uca Allaha bu iki adla və ya bundan başqa olan gözəl adlarla dua edin. Müşriklər səni eşitməsin deyə namazda səsini çox yüksəyə qaldırma. Möminlər də səni eşitməyəcəyi qədər səsini aşağı salma. Bu ikisinin ara­sında or­ta bir yol tut!

Oxuyucuda aç - Surəni tam oxu